Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: MSK

Məzahir Pənahov yenidən MSK-ya sədr seçildi

Məzahir Pənahov yenidən MSK-ya sədr seçildi

Milli Məclisin spiker Sahibə Qafarovanın rəhbərliyi ilə MSK-nın yeni tərkibdə ilk iclası keçirilir. Primeinfo.az xəbər verir ki, iclas zamanı komissiyanın rəhbər heyəti, sədr, sədr müavini və katiblər seçilib. İclasın qərarına əsasən, Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə Məzahir Pənahov, sədr müavini vəzifəsinə isə Rövzət Qasımov seçilib.

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib. MSK üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələyə əsasən, Yeni Azərbaycan Partiyasının, Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların və Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların qurumda təmsilçiliyə namizədləri aşağıdakılardır: Mərkəzi Seçki Komissiyasının üzvləri: Abdullayeva Sevinc Qurban qızı, Cavadov Fuad Musa oğlu, Əsgərov Bəxşeyiş Məmməd oğlu, Əsgərova Nailə Şahmərdan qızı, Həsənov Tofiq Eldar oğlu, Xələfov Elçin Abuzər oğlu, İbrahimov Ramiz Hilal oğlu, Qasımov Rövzət Afət oğlu, Qəhramanlı Almas Əlisultan qızı, Quliyev Etibar Cəfər oğlu, Məmmədov Elmar Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Muxtarova Arifə Ağaverdi qızı, Orucov Qabil Əhməd oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Pənahov Məzahir Məhəmməd oğlu, Rəhimov Mikayıl Rəhman oğlu, Şahbazov İlkin Zaur oğlu.

MSK üzvü olan iki şəxs YAP-ın siyahısına daxil edilməyib

MSK üzvü olan iki şəxs YAP-ın siyahısına daxil edilməyib

Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Mərkəzi Seçki Komissiyasının üzvlüyünə təqdim etdiyi 6 namizədin sırasında hazırda MSK-da YAP-ı təsdiq edən üzvlərdən ikisinin adı yer almayıb. Onlardan biri sabiq deputat Şaiddin Əliyev, digəri isə Validə Kazımovadır. Primeinfo.az xəbər verir ki, Musavat.com-un bir ay öncə yazdığı “MSK-da “təmizləmə”: köhnə heyətin yarısı gedir – Hakimiyyət yeni seçki komandası qurur” xəbəri təsdiqlənmiş oldu.

Məzahir Pənahov MSK-dan gedir? - Özü AÇIQLADI

Məzahir Pənahov MSK-dan gedir? - Özü AÇIQLADI

“Mərkəzi Seçki Komissiyasını parlament formalaşdırır”. Primeinfo.az xəbər berir ki, bunu “Unikal”a açıqlamasında Mərkəz Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. “Məcəllədə yazılıb: 5 ildən bir olmalıdır”, – deyə M.Pənahov bu il MSK-nın səlahiyyət müddətinin başa çatması ilə bağlı suala cavabında bildirib.

MSK nümayəndə heyəti Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

MSK nümayəndə heyəti Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasına səfər edib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Primeinfo.az-a  verilən xəbərə görə, Qırğız Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi noyabrın 30-da bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir. MSK təmsilçilərinin səsvermə gününədək növbədənkənar parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olacağı və habelə seçki günü paytaxtdakı məntəqələrdə səsvermə prosedurlarını müşahidəsi nəzərdə tutulur.

Millət vəkilinin mandatı ləğv olunur? - MSK-dan AÇIQLAMA

Millət vəkilinin mandatı ləğv olunur? - MSK-dan AÇIQLAMA

Milli Məclisin deputatı Ramil Həsən mandatının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib. O qeyd edib ki, yaxın günlərdə MSK-nın iclasında bu məsələyə baxılıb, qərar veriləcək.