Xəbər axtarın

Son axtarış nəticələri:

“EFES – 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər

26.04.2026 20:55

“EFES – 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES – 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir. 

Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.

Qeyd edək ki, “EFES – 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.

Paylaş: