Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın iştirak etdiyi Vaşinqtondakı tədbirdə baş verən silahlı hücumu pisləyib. Primeinfo.az xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib. Dün gece Vaşington’da Beyaz Saray Muhabirleri yemeğinde gerçekleşen silahlı saldırı girişimini kınıyorum.
ABŞ Prezidenti Donald Tramp “Washington Hilton” hotelində Ağ Evin nəzdindəki Müxbirlər Assosiasiyasının tədbiri zamanı baş vermiş atışmanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatı ilə bağlı olmasına şübhə ilə yanaşıb. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə hadisədən sonra keçirilən mətbuat konfransında bildirib. “Mən belə düşünmürəm, lakin heç vaxt dəqiq bilmək olmaz”, – ABŞ prezidenti deyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və ABŞ rəsmiləri ilə telefon danışığı zamanı Tehranla Vaşinqton arasında mövcud danışıqlar prosesini müzakirə edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Global”a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Qeyd olunub ki, nazir rəsmilərlə ABŞ və İran arasında aparılan danışıqlardakı son inkişaflar barədə fikir mübadiləsi aparılıb.
ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyası ilə keçirdiyi təntənəli şam yeməyi zamanı baş verən atışma dünya gündəmini sarsıdıb. Primeinfo.az xəbər verir ki, hadisənin baş verdiyi “Washington Hilton” hoteli Amerika tarixində qanlı bir keçmişə malikdir; məhz 45 il əvvəl ABŞ-ın digər bir prezidenti Ronald Reyqana qarşı sui-qəsd cəhdi də bu binanın qarşısında reallaşmışdı. 1981-ci ildə 25 yaşlı Con Hinkli tərəfindən açılan altı atəş nəticəsində Reyqan ağır yaralanmış, prezidentin ağciyəri zədələnmiş və o, ciddi qan itirməsi ilə xəstəxanaya yerləşdirilmişdi.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail ilə qarşıdurma fonunda verdiyi açıqlamada İranın hərbi baxımdan Vaşinqtondan zəif olduğunu etiraf edib, ancaq bunun strateji üstünlük qazanmağa mane olmadığını bildirib. Primeinfo.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir. M.B.Qalibafın sözlərinə görə, ABŞ-nin daha çox maliyyə imkanları, avadanlıq və resursları var, həmçinin dünyada çoxsaylı hərbi əməliyyatlar apardığı üçün daha geniş təcrübəyə malikdir.
ABŞ hərbi qüvvələri İranla əlaqəli neft tankerləri və ticarət gəmilərini beynəlxalq sularda saxlamağa hazırlaşır.
Dünyada süni intellekt (Sİ) əsaslı silahlanma yarışı başlayıb və bu proses miqyasına görə nüvə silahı uğrunda mübarizə ilə müqayisə edilir. Primeinfo.az Musavat.com xəbər verir ki, “The New York Times” nəşrinin dərc etdiyi məlumata görə, ABŞ, Çin və Rusiya döyüş meydanında müstəqil qərar vermə qabiliyyətinə malik avtonom dronlar və sistemlər üzərində aktiv iş aparırlar. Müasir texnologiyaların hərbi sahəyə tətbiqi istiqamətində gedən bu rəqabətə artıq Avropa ölkələri, Hindistan, İsrail və digər dövlətlər də qoşulub.
ABŞ-nin İranla davam edən hərbi münaqişədə 48 saatlıq atəşkəs təklif etsə də, Tehran bu təklifi rədd edərək hücumlarını davam etdirəcəyini bildirib.
Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib. Primeinfo.az xəbər verir ki, anti-milli radikal qrup təxribat törətməyə cəhd edib, Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıb. Hadisə zamanı Prezidentin təhlükəsizlik xidməti ABŞ polisi ilə birlikdə operativ müdaxilə nəticəsində vəziyyəti nəzarət altına alıb, radikaları ərazidən uzaqlaşdırıb və mümkün insidentin qarşısını alıb.
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk tammiqyaslı sammitinin 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılır.