Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti

25.04.2026 11:15

Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti

Dünya enerji bazarlarında gərginlik və qiymət artımı davam edir. Son birja əməliyyatları göstərir ki, qlobal neft markaları sürətlə bahalaşmaqdadır.

Primeinfo.az nüfuzlu “OilPrice” resursuna istinadən xəbər verir ki, qlobal bazarlarda neftin qiyməti yenidən “yaşıl zona”ya daxil olub.

Son dəqiqə məlumatlarına görə, “Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 124.86 ABŞ dollarına yüksəlib. Bu, son sutka ərzində 1.57% (+1.93 dollar) artım deməkdir.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan nefti dünya bazarlarındakı əsas rəqiblərini qiymət baxımından xeyli qabaqlayır. Hazırda dünya üzrə etalon hesab edilən Brent markalı neft 105.33 dollar, ABŞ-ın WTI nefti isə 94.40 dollar ətrafında ticarət olunur. Bu fərq bir daha “Azeri Light” neftinin dünya emalçıları üçün nə qədər cəlbedici və keyfiyyətli olduğunu sübut edir.
Digər ölkələrin neft markalarında da artım müşahidə olunur:

Qazaxıstan (CPC Blend): 120.86 dollar (+1.62%)
Braziliya (Lula): 114.08 dollar (+1.46%)
OPEC Səbəti: 106.28 dollar (+3.12%)
Rusiya (Sokol):107.34 dollar (+1.83%)

Ekspertlər yaxın günlərdə neft qiymətlərinin qlobal geosiyasi vəziyyətdən asılı olaraq daha da yüksələ biləcəyini proqnozlaşdırırlar.

Paylaş: