Xəbər axtarın

Son axtarış nəticələri:

Ağcabədidə DƏHŞƏTLİ QƏZA: Ata və övladları xəsarət aldılar, ÖLƏN VAR - FOTO

25.04.2026 21:15

Ağcabədidə DƏHŞƏTLİ QƏZA: Ata və övladları xəsarət aldılar, ÖLƏN VAR - FOTO

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Qayğı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, əslən Laçın rayonundan olan Bakir Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən Yevlax rayon sakini Azər Bədəlovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində B.Quliyev hadisə yerində ölüb, sərnişinləri – 2014-cü il təvəllüdlü R.Həsənov, 1980-ci il təvəllüdlü Habil Həsənov, onun övladları – 2008-ci il təvəllüdlü Polad Həsənov və 2013-cü il təvəllüdlü M.Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədidə DƏHŞƏTLİ QƏZA: Ata və övladları xəsarət aldılar, ÖLƏN VAR - FOTO

Paylaş: