Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-də şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub – VİDEO –  YENİLƏNİB

26.04.2026 10:31

ABŞ-də şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub – VİDEO –  YENİLƏNİB

Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton Otelində təşkil olunan şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub.

Primeinfo.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu, Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir.

06:22
***

Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton Otelində təşkil olunan şam yeməyində baş verən insidenti törədən şəxs həbs edilib.

Primeinfo.az-ın məlumatına görə, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) məlumat yayıb.

Bildirilib ki, təşkil olunan şam yeməyində güllə keçirməyən jilet geyinmiş zabit güllələnib. Onun vəziyyətinin yaxşı olduğu deyilir.

05:37

***

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası tərəfindən Vaşinqtondakı hotellərdən birində təşkil olunan tədbirdə iştirak edib.

Primeinfo.az CNN-ə istinadla xəbər verir ki, birdən zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

Atəş açan şəxsin saxlanıldığı bildirilir.

 

Paylaş: