Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - FOTO

25.04.2026 20:24

Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - FOTO

“Bu səfər zamanı Azərbaycan icmalarımızın ehtiyacları üçün humanitar yardım olaraq Ukraynaya beş sərnişin avtobusu təqdim edib”.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.

“2022-ci ildən bəri Azərbaycan dəfələrlə Ukrayna xalqına dəstək olmaq üçün öz töhfəsini verib. Xüsusilə enerji sistemimizi daimi hücumlar altında işlətməyə kömək edən yüksəktutumlu generatorlar, transformatorlar və vacib avadanlıqlar da daxil olmaqla, 45 milyon dollardan çox humanitar yardım göstərib.

Uşaqlarımıza dəstək də eyni dərəcədə vacibdir. 500-dən çox ukraynalı uşaq Azərbaycan ərazisində bərpa proqramlarında iştirak edib – bu, müharibə dövründə xüsusilə dəyərli bir şeydir.

Biz bu həmrəyliyi dərindən qiymətləndiririk, çünki bu, Ukraynanın möhkəm dayanmasına və irəliləməsinə kömək edir”, – nazir bildirib.

Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - FOTO Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - FOTO Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - FOTO

 

Paylaş: