Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyadan Odessaya dron hücumu: Yaralılar arasında UŞAQLAR da var

27.04.2026 11:36

Rusiyadan Odessaya dron hücumu: Yaralılar arasında UŞAQLAR da var
Rusiya ordusunun gecə saatlarında Ukraynanın Odessa şəhərinə dron hücumu nəticəsində 13 nəfər xəsarət alıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zərbələr nəticəsində yaşayış binaları, mehmanxana, fərdi tikili, nəqliyyat vasitələri və obyektlər zədələnib.

Ukraynanın Çerniqov vilayətinin Koryukivka şəhəri də kütləvi dron hücumuna məruz qalıb. 40 dəqiqə ərzində şəhərə 18 dron zərbəsi endirilib.

Zərərçəkənlərdən ikisi uşaqlardır.

Paylaş: