Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Trampa zəng etdi: Nələr müzakirə edildi? 

27.04.2026 10:24

Ərdoğan Trampa zəng etdi: Nələr müzakirə edildi? 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ərdoğan amerikalı həmkarına Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən silahlı hücum cəhdi ilə bağlı həmrəyliyini çatdırıb.

“Prezident Ərdoğan hadisələri demokratiya və mətbuat azadlığına qarşı törədilən mənfur hərəkət kimi qiymətləndirdiyini bildirib və yaralı təhlükəsizlik işçisinin tezliklə sağalmasını arzulayıb”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyasının “Washington Hilton” hotelindəki qəbulunda atışma baş verib. ABŞ lideri, vitse-prezident və onların həyat yoldaşları dərhal ərazidən təxliyə olunublar. Hücuma cəhd edən şəxs isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Paylaş: