Xəbər axtarın

Son axtarış nəticələri:

Kolumbiyada baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 38 nəfər yaralanıb - FOTO

26.04.2026 22:45

Kolumbiyada baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 38 nəfər yaralanıb - FOTO

Kolumbiyanın cənub-qərbində baş verən partlayış nəticəsində 14 nəfər həlak olub, 38 nəfər yaralanıb.

Primeinfo.az xarici mediaya istinadən xəbər verir ki, Kauka inzibati bölgəsindəki Kajibio şəhərindəki Panamerikan magistral yolundakı suötürücü boruya yerləşdirilmiş partlayıcı qurğu nəqliyyat vasitələri keçərkən işə salınıb.

Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib.

Şahidlərin sözlərinə görə, partlayış nəqliyyatın sıx olduğu bir vaxtda baş verib. Hücum zamanı yerli olaraq “çiva” kimi tanınan ənənəvi kənd avtobusu partlayışın gücündən istifadəyə yararsız hala düşüb.

Partlayışın gücü yaxınlıqdakı digər nəqliyyat vasitələrini məhv tdib və yolda böyük bir tıxac yaranıb.

Kolumbiyada baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 38 nəfər yaralanıb - FOTO

Paylaş: