Xəbər axtarın

Son axtarış nəticələri:

Avropa silahlanır: Almaniya rekord istehsalla ABŞ-ni geridə qoydu

26.04.2026 20:45

Avropa silahlanır: Almaniya rekord istehsalla ABŞ-ni geridə qoydu

Almaniya sursat istehsalında ABŞ-ni geridə qoyaraq diqqətləri üzərinə çəkib.

Primeinfo.az xəbər verir ki, bu sıçrayışın əsas səbəbi Rheinmetall konserninin istehsalı kəskin artırmasıdır. Şirkət NATO ölkələrinin artan tələbatını qarşılamaq üçün fəaliyyətini genişləndirir.

Məlumata görə, Rheinmetall 2030-cu ilə qədər əməkdaşlarının sayını 70 min nəfərə çatdırmağı planlaşdırır. Gəlirlərin 14–15 milyard avroya yüksələcəyi, illik artım tempinin isə 40 faizə qədər çata biləcəyi qeyd olunur.

Rusiya-Ukrayna müharibəsi Avropanın müdafiə sənayesindəki boşluqları üzə çıxarıb. Bu səbəbdən qitə ölkələri hərbi istehsalı sürətlə artırır və sursat çatışmazlığını aradan qaldırmağa çalışır.

Paylaş: