
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib.
Primeinfo.az xəbər verir ki, bu barədə “IRNA” agentliyi məlumat yayıb.
Bildirilib ki, Əraqçini daşıyan təyyarə aprelin 27-də səhər saatlarında Sankt-Peterburqa eniş edib.
Bu gün İranın XİN rəhbəri ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş planlaşdırılır.
Əraqçi ilə Putinin Yaxın Şərqdəki münaqişə və onun həlli yollarını müzakirə edəcəkləri gözlənilir.













