Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Prezident Kuboku 2026”

Suqovuşanda "Prezident Kuboku 2026" yarışları başlayıb - FOTO - VİDEO

Suqovuşanda "Prezident Kuboku 2026" yarışları başlayıb - FOTO - VİDEO

Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası başlayıb. Primeinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif yaş qrupları üzrə avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafədə mübarizə aparırlar. Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirildi - FOTO

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirildi - FOTO

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasının Mingəçevir şəhərində rəsmi açılış mərasimi baş tutub. Primeinfo.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında keçirilən tədbirdə əvvəlcə reqata barədə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə təsadüf edir.