Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rəcəb Tayyib Ərdoğan

Tramp: "NATO sammitinə yalnız Ərdoğana görə gedirəm"

Tramp: "NATO sammitinə yalnız Ərdoğana görə gedirəm"

ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO-nun Ankara sammitinə əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hörmətinə görə qatılacaq. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, o, Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bu barədə danışıb və qeyd edib ki, əgər sammit başqa ölkədə keçirilsəydi, qatılma ehtimalı az olardı: “Düşünmürəm ki, Prezident Ərdoğan Türkiyədə ev sahibliyi etməsəydi, mən də gedərdim. Əksəriyyətin xatirinə, mən getməzdim”.

Ərdoğan: "NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir"

Ərdoğan: "NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında təkbətək görüş planlaşdırılır. Primeinfo.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. “NATO sammitində Donald Trampla təkbətək görüş ehtimalı yüksəkdir”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan: "Avropa ölkələri daha çox məsuliyyət götürməlidir"

Ərdoğan: "Avropa ölkələri daha çox məsuliyyət götürməlidir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, NATO-ya üzv Avropa ölkələri alyans çərçivəsində daha çox məsuliyyət daşımalıdır. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ankara şəhərində Polşa Prezidenti Karol Navrotski ilə keçirdiyi görüşdən sonra bildirib. Türkiyə lideri qeyd edib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində əsas prioritetlərdən biri alyansın Avropa sütununun və çəkindirmə potensialının gücləndirilməsi olacaq.

Meloni Ərdoğana siqareti tərgitdiyini bildirib – VİDEO

Meloni Ərdoğana siqareti tərgitdiyini bildirib – VİDEO

İtaliyanın Baş naziri Corcia Meloni Fransada keçirilən G7 sammiti çərçivəsində qeyri-rəsmi söhbət zamanı bir aydır siqareti tərgitdiyini bildirib. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən anın görüntülərini “Euronews” yayımlayıb. Belə ki, fasilə zamanı Almaniya kansleri Fridrix Merz Meloniyə siqaretlə bağlı sual ünvanlayıb.