Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın ABŞ-İran razılaşmasına REAKSİYASI

Ərdoğanın ABŞ-İran razılaşmasına REAKSİYASI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında sülh sazişinin imzalanmasına dair əldə edilən razılaşmaya münasibət bildirib. Primeinfo.az xəbər verir ki, Ərdoğan sosial media hesabında etdiyi paylaşımda bildirib: “ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgəmizdə sülh və əmin-amanlığın təmin olunması baxımından mühüm bir inkişaf kimi görür və məmnuniyyətlə qarşılayıram. Bütün dünyanın uzun müddətdir ehtiyac duyduğu bu xəbərin bölgəmizdə daimi sülh və təhlükəsizlik mühitinin formalaşmasına vəsilə olmasını ürəkdən arzulayıram”.

Ərdoğan: "İsrailin hücumları Türkiyəni təhdid edir"

Ərdoğan: "İsrailin hücumları Türkiyəni təhdid edir"

İsrailin Livan və Suriyaya hücumları Türkiyəni təhdid edir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında bildirib. Ərdoğan İsrailin hücumlarının bütün dünya üçün təhlükə yaratdığını və dayandırılmalı olduğunu qeyd edib.

Ərdoğandan Yunanıstan və Cənubi Kiprə XƏBƏRDARLIQ

Ərdoğandan Yunanıstan və Cənubi Kiprə XƏBƏRDARLIQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasına xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, partiyasının qrup iclasında çıxış edən Ərdoğan Yunanıstan və Cənubi Kiprin İsraillə birlikdə Şərqi Aralıq dənizində ittifaq içərisində olmalarına diqqət çəkib. Türkiyə Prezidenti onlara bölgədə “macəra axtarmamaları” ilə bağlı xəbərdarlıq edib.

Ərdoğan müvəqqəti prezidentlə görüşdü

Ərdoğan müvəqqəti prezidentlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesi qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Görüşün müzakirə mövzuları barədə hələ məlumat verilməsə də, iştirakçılar açıqlanıb.

Ərdoğan Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin missiyasını salamlayıb - FOTO

Ərdoğan Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin missiyasını salamlayıb - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin noyabr ayında İstanbulda yaradılması elan edilən Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin missiyasını salamlayıb. Primeinfo.az xəbər verir ki, o, Ankarada Türkiyə Audit Palatasının 164-cü ildönümü münasibətilə keçirilən mərasimdəki çıxışında Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin yaradılması təşəbbüsünün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ali audit qurumlarının nümayəndələri tərəfindən dəstəkləndiyini xatırladıb. “Biz bu strukturun yaradılması haqqında qərardan çox məmnunuq.

Ərdoğan 10-cu dəfə baba oldu

Ərdoğan 10-cu dəfə baba oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba olub. Primeinfo.az bu barədə “Anadolu” Agentliyinə istinadən məlumat yayıb. Bildirilib ki, prezidentin qızı Sümeyye Erdoğan Bayraktar və onun həyat yoldaşı Selçuk Bayraktarın üçüncü övladı doğulub.