Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın iştirak etdiyi Vaşinqtondakı tədbirdə baş verən silahlı hücumu pisləyib. Primeinfo.az xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib. Dün gece Vaşington’da Beyaz Saray Muhabirleri yemeğinde gerçekleşen silahlı saldırı girişimini kınıyorum.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çamlıca məscidində Quranı əzbərləyən 333 tələbə üçün keçirilən məzun mərasimində iştirak edib. Primeinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, mərasimdə Ərdoğan Quran oxuyub. Prezident Ərdoğan Çamlıca məscidində tələbələrin “Allahu Əkbər” sədaları ilə qarşılanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe sarayında keçirilən Formula 1 Türkiyə Qran-Prisinin tanıtım proqramında çıxış edib. Primeinfo.az-ın məlumatına görə, Ərdoğan deyib: “İstanbul Park 2027–2031-ci illər arasında tam 5 mövsüm ərzində diqqət çəkən, həyəcanlı və izləmə zövqü yüksək yarışlara ev sahibliyi edəcək”. Prezident Erdoğan əlavə edib: “Motor idmanları ölkəsi olan Türkiyənin Formula 1 ilə tərəfdaşlığının qarşıdakı illərdə daha da güclənərək davam etməsini arzu edirəm”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan NATO-nun Baş katibi Mark Rutteni qəbul edib. Primeinfo.az xəbər verir ki, görüş zamanı 7–8 iyul tarixlərində keçiriləcək NATO Liderlər Zirvəsi, Yaxın Şərqdəki vəziyyət və digər regional məsələlər müzakirə olunub. Təxminən bir saat davam edən görüşdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Prezidentin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə baş müşaviri də iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzani ilə görüşüb.
İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir
Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Görüşdə Gürcüstanla Türkiyə arasında strateji tərəfdaşlıq, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq və regionda cərəyan edən proseslər müzakirə olunub.
Avrasiyada sülh və sabitliyin təminatçısı kimi gördüyümüz Türk Dövlətləri Təşkilatını hər keçən gün daha da gücləndiririk.
Körfəz ölkələrinin Hörmüz boğazından istifadəsi və ticarət sərbəst olmalıdır. APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V Antalya Diplomatiya Forumunun açılışında bildirib. “Beynəlxalq sistemin çarəsizliyi, əl-qolumuzun bağlı qalması necə qiymətləndirilə bilər?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə bir araya gəlib.