Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: zəhərlənmə

Ötən ay neçə nəfər zəhərlənib? - Kliniki Tibbi Mərkəz

2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 81 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

21 yaşlı hamilə qadın dəm qazından boğuldu - FOTO

Bakıda 21 yaşlı qadın faciəvi şəkildə vəfat edib. “TodayBaku” Bizim.Media-ya istinadən xəbər verir ki, Yevlax rayon sakini Nuranə Elçin qızı ötən gün dəm qazından boğulub. Bildirilib ki, mərhum üç ay əvvəl ailə həyatı quraraq Bakıya köçübmüş və hadisə baş verən zaman ikiaylıq hamilə imiş.

Naxçıvanda iki türk tələbə dəm qazından boğulub öldü

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb. Primeinfo.az Nuhçıxan-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb. Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Naxçıvanda bayram günlərində 20 nəfər zəhərlənib

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə ilə bağlı 20 fakt qeydə alınıb. Yoluxucu Xəstəliklər Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, qeyd olunan dövrdə ümumilikdə 20 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Statistikaya əsasən, zəhərlənmə hallarından 11-i qida, 6-sı dəm qazı, 3-ü isə alkoqol mənşəli zəhərlənmə olub.

Goranboyda 3 nəfər balıqdan zəhərlənib

Goranboyda 3 nəfər qidadan zəhərlənib. Primeinfo.az xəbəe verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki rayon sakinləri 1965-ci il təvəllüdlü Ş.Əhmədova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

13 yaşlı qız dəm qazından boğularaq ölüb

Goranboyda bədbəxt hadisə baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib. Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Şagirdlərin saqqızdan zəhərlənməsi iddiaları ilə bağlı - AÇIQLAMA - FOTO

Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı şagirdlərin marketdən aldıqları “Dirol” əmtəə nişanlı qarpız-yemiş aromalı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarın ağrısı simptomlarının olduğu bildirilsə də, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozunun təsdiq edilmədiyi məlum olub.

Tovuzda 4 nəfər dəm qazından zəhərlənib

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Primeinfo.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində baş verib. Qovlar şəhər sakinləri – 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

39 yaşlı qadın dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü R.Paşayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.