Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: zəhərlənmə

43 yaşlı qadın dəm qazından zəhərlənib

43 yaşlı qadın dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Primeinfo.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1983-cü il təvəllüdlü T.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Azərbaycanda 91 nəfər zəhərlənib - 3-ü ölüb - KTM

Azərbaycanda 91 nəfər zəhərlənib - 3-ü ölüb - KTM

Bu ilin mart ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 88 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Bayram günlərində 31 nəfər zəhərlənib

Bayram günlərində 31 nəfər zəhərlənib

Bayram günləri ilə əlaqədar 20-30 mart tarixlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Bildirilib ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.

61 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü

61 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü

Şirvan sakini bədbəxt hadisə nəticəsində vəfat edib. Primeinfo.az xəbər verir ki, Şirvan sakini 1965-ci il təvəllüdlü Sevil Mirağa qızı Mənəfova yüksək konsentrasiyalı sirkə turşusu zəhərlənməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq 61 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Ata-oğul dəm qazından öldü

Ata-oğul dəm qazından öldü

Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb. Primeinfo.az xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb. 1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

KTM: "Ötən ay 88 nəfər zəhərlənib, 6 nəfər ölüb"

KTM: "Ötən ay 88 nəfər zəhərlənib, 6 nəfər ölüb"

2026-cı ilin fevral ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbi ilə hospitalizasiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. “Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Ukrayna Ali Radasında 20-yə yaxın deputat zəhərlənib

Ukrayna Ali Radasında 20-yə yaxın deputat zəhərlənib

Ukrayna Ali Radasında deputatlar zəhərlənib. Primeinfo.az xəbər verir ki, bu barədə “Ukrinform“ agentliyi məlumat yayıb. Məlumata görə, təxminən 20-yə yaxın deputatda yüksək hərarət və ürəkbulanma müşahidə olunub.

Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü

Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü

Salyan rayonunun Qaraçala kəndində 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb Primeinfo.az APA-ya istinadla xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri – bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib. Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. Primeinfo.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - 2-si azyaşlıdır

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Primeinfo.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib. İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.