Xəbər axtarın

Son axtarış nəticələri:

"Çempionlar" turniri: Dörd güləşçimiz medal qazandı - FOTO

19.04.2026 22:45

"Çempionlar" turniri: Dörd güləşçimiz medal qazandı - FOTO

Türkiyənin Antalya şəhərində güləş üzrə “Çempionlar” turniri davam edir.

Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, U20 yaş qrupu üzrə keçirilən turnirin ikinci günündə dörd güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə Nurlan Ağazadə (74 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində 87 kq-da Orxan Hacıyev gümüş, Abdullah Həsənov isə bürünc medalla turniri başa vurublar.

Qadın güləşində isə Esra Məmmədli (53 kq) üçüncü yeri tutub.
"Çempionlar" turniri: Dörd güləşçimiz medal qazandı - FOTO "Çempionlar" turniri: Dörd güləşçimiz medal qazandı - FOTO
Paylaş: