Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: zəhərlənmə

Qazaxıstanda 50-dən çox insan qatarda qazdan zəhərlənib

Almatıda 50-dən çox insan qatarda qazdan zəhərlənib. APA xəbər verir ki, bu barədə “SputnikKz” məlumat yayıb. Şəhər Səhiyyə İdarəsinin məlumatına görə, 10 uşaq xəstəxanaya yerləşdirilib, ikisi reanimasiyadadır.

Bakıda məktəbdə 8 şagird saqqızdan zəhərlənib

Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib  - YENİLƏNİB

Bərdədə qidadan zəhərlənən bir ailənin 4 üzvünün vəziyyəti açıqlanıb. Primeinfo.az TƏBİB-ə istinadən xəbər verir ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub. Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

18 yaşlı oğlan dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, 2006-cı il təvəllüdlü A.Ağayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Ötən ay 92 nəfər zəhərlənib, 3-ü ölüb

2025-ci ilin noyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə KTM-dən məlumat verilib. Bildirilir ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar: “Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 3 nəfəri spirtli içkilərdən, 1 nəfəri həlledici məhluldan, 1 nəfəri yandırıcı məhlullardan, 2 nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, 2 nəfəri anafilaktik şokdan, 7 nəfəri tüstüdən, 5 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub”.

Türkiyədə 120 şagird qidadan zəhərləndi

  Türkiyədə 120 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Primeinfo.az xəbər verir ki, hadisə Türkiyənin Bingöl vilayətinin Adaklı rayonunda baş verib. Belə ki, buradakı regional internat orta məktəbi və şəhid Hikmət Saydan adına ibtidai məktəbində şagirdlərə verilən naharda ayran, toyuq və plovdan sonra bir sıra şagirdlərdə ürəkbulanma və halsızlıq müşahidə olunub.

Türkiyədə daha 43 nəfər qidadan zəhərləndi

Türkiyədə daha 43 nəfər qidadan zəhərlənib. Primeinfo.az xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yayılıb. Belə ki, Sakarya vilayətində qızlar yataqxanasında yaşayan 23 tələbə küçədə yedikləri qidadan sonra özlərini pis hiss ediblər.

Türkiyədə 54 şagird qidadan zəhərlənib

Türkiyədə 54 şagird qidadan zəhərlənib. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, Koceli şəhərində özəl bir liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra özlərini pis hiss ediblər. Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Türkiyədə restoranda 25 nəfər zəhərlənib

İstanbulun Şişli rayonunda eyni restoranda yemək yeyən 25 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Şəhər Səhiyyə Müdiri Abdullah Emre Güner açıqlama verib.