Xəbər axtarın

Son axtarış nəticələri:

Lukaşenko ABŞ ilə "böyük razılaşma"ya hazır olduğunu bildirib

19.04.2026 18:15

Lukaşenko ABŞ ilə "böyük razılaşma"ya hazır olduğunu bildirib

“Belarus ABŞ ilə “böyük razılaşma”ya hazırdır, lakin onu elə hazırlamaq lazımdır ki, orada hər iki ölkənin maraqları nəzərə alınsın”.

Primeinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə müsahibəsində deyib.

Belarus lideri vurğulayıb ki, ABŞ ilə razılaşmaya can atsa da, heç nəyi “yalvarıb almaq” fikrində deyil.

A.Lukaşenko qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla görüşməkdən məmnun olardı, lakin onun üçün görüşün özü məqsəd deyil.

Lukaşenko həmçinin hesab edir ki, amerikalıların məqsədi Belarusla vuruşmaq deyil. O qeyd edib ki, respublikanın itirilməsi Rusiya üçün qəbuledilməzdir. “Biz onların ən yaxın müttəfiqiyik. Belarusu bu gün itirmək Rusiya üçün qəbuledilməzdir”, – deyə siyasətçi vurğulayıb.

Paylaş: