Xəbər axtarın

Son axtarış nəticələri:

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq - ADY

13.05.2026 11:52

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq - ADY
“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni istifadəyə verilmiş “Dərnəgül” stansiyasından ölkənin regionlarına qatarla getmək mümkün olacaq.

Primeinfo.az-a bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.

Biletləri ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və yaxud dəmiryol kassalarından əldə etmək olar.

 

Paylaş: