Xəbər axtarın

Son axtarış nəticələri:

Prezident: "Azərbaycan və Ermənistan arasında sülh reallıqdır"

04.05.2026 12:41

Prezident: "Azərbaycan və Ermənistan arasında sülh reallıqdır"

“Bu gün Azərbaycan və Ermənistan arasında sülh reallıq təşkil edir”.

Primeinfo.az xəbər verir, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

“Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh içində yaşamağı yenicə öyrənirik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə biz – Ermənistan və Azərbaycan liderləri – birgə bəyannamə imzaladıq. ABŞ Prezidenti Donald Tramp da, artıq qeyd olunduğu kimi, onu şahid qismində imzaladı”, – İlham Əliyev qeyd edib.

O, həmçinin xatırladıb ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıblar, bu isə münasibətlərin yekun normallaşması yolunda mühüm mərhələ olub: “Bizim və əminəm ki, erməni tərəfdaşlarımız üçün sülh artıq əldə olunub”.

Paylaş: