
Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası(WUF13) çərçivəsində Azərbaycan YerüstüNəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların vətədbir iştirakçılarının “Neoplan” markalı və elektrikliavtobuslarla rahat, fasiləsiz və təhlükəsizdaşınması təmin edilib.
Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərib.
Tədbirlə bağlı daşımalar başlayandan (12-22 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanıarasında avtobuslarla 10 220 səfər yerinə yetirilibvə 179 000-ə yaxın sərnişin daşınıb. Daşımalaraümumilikdə 180 avtobus cəlb olunub.
Qeyd edək ki, sözügedən marşrutların idarəolunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimindəizlənilib. Nəqliyyat əməliyyatlarının həyatakeçirilməsi üçün sürücü və idarə heyəti də daxilolmaqla 1500-ə yaxın əməkdaş cəlb olunub.