Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail hərbçiləri Nəbatiyyənin ətrafını silahlılardan təmizləməyi planlaşdırır

07.06.2026 18:05

İsrail hərbçiləri Nəbatiyyənin ətrafını silahlılardan təmizləməyi planlaşdırır

İsrailin Müdafiə Ordusunun xüsusi təyinatlı qüvvələri Livanın cənubundakı Nəbatiyyəyə yaxınlaşan “Hizbullah” silahlılarına qarşı əməliyyata başlayıb.

Primeinfo.az-ın məlumatına görə, bu barədə “Al-Hadath” telekanalı xəbər verib.

Məlumata görə, Beyrutdan 75 km məsafədə yerləşən şəhərətrafına intensiv hava hücumları və artilleriya hazırlığından sonra hücum başlayıb. İsrail hərbçiləri partlayıcı maddələri və təxribat qruplarını aşkarlamaq üçün robotlardan istifadə edir.

Xatırladaq ki, “Hizbullah” iyunun 6-da hərəkatın döyüşçülərinin Nəbatiyyədən 8 km məsafədə yerləşən və orta əsrlərə aid Bofor qalasının yaxınlığında İsrailin komanda məntəqəsinə və zirehli texnikanın cəmləşdiyi yerə atəş açdığını bildirib. Qeyd edilir ki, bir ədəd “Merkava” tankı idarə olunan mərmi ilə vurulub.

Paylaş: