
“Bu müharibənin əsas məqsədi Rusiyanı tükəndirmək və savaşı dayandırmağa məcbur etməkdir. Bunun da ən qısa yolu Sankt-Peterburqun və Moskvanın vurulmasından keçir. Xüsusilə də Sankt-Peterburqun vurulması həm də ona görə əhəmiyyətlidir ki, bu şəhər rus imperializminin simvoludur”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Qüvvələri ötən gecə Rusiya ərazisində yerləşən bir sıra mühüm strateji və hərbi obyektlərə zərbələr endirib. Hücuma məruz qalan məkanlar arasında Sankt-Peterburq neft terminalı, Kronştadt bazasındakı hərbi obyektlər və Tambov vilayətində yerləşən müdafiə sənayesi müəssisəsi var.
Davamı “Qırmızı masa”da: