Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026-da 1/8 final: Bu gün hansı oyunlar var? - TƏQVİM

06.07.2026 13:12

DÇ-2026-da 1/8 final: Bu gün hansı oyunlar var? - TƏQVİM

Futbol üzrə Dünya Çempionatında 1/8 final mərhələsi davam edir.

Primeinfo.az xəbər verir ki, bu gün daha bir qarşılaşma keçiriləcək.

Axşam saat 23:00-da Portuqaliya millisi İspaniya yığması ilə üz-üzə gələcək.

İyulun 7-də gecə saat 04:00-da isə ABŞ – Belçika matçı start götürəcək.

6 iyul: 00:00 – Portuqaliya – İspaniya
7 iyul: 04:00 – ABŞ-Belçika

Xatırladaq ki, Dünya Çempionatında 1/8 final mərhələsinin dörd oyunu artıq arxada qalıb. Mərakeş, Fransa, Norveç və İngiltərə 1/4 finala çıxıblar:

Kanada – Mərakeş – 0:3
Paraqvay – Fransa – 0:1
Braziliya – Norveç – 1:2
İngiltərə – Meksika – 3:2

1/4 finalın ilk iki cütü müəyyənləşib:

Fransa – Mərakeş
İngiltərə – Norveç

1/4 finalın oyunları iyulun 10-12-si aralığında keçiriləcək.

Paylaş: