Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Rusiya gizli səfərbərliyə başlayır - VİDEO

17.07.2026 13:22

TƏCİLİ: Rusiya gizli səfərbərliyə başlayır - VİDEO

“Müharibənin ilk illərində Rusiyanın belə bir problemi olmasa da, hazırda canlı qüvvə ilə bağlı ciddi problem yaşamaqdadır. Hələ ki, rəsmi səfərbərlik yoxdur, əsasən muzdlu döyüşçülərlə işlər görülür. Lakin bütün bunlar da effektiv olmadı və özünü doğrultmadı. Hesab edirəm ki, rəsmi Moskva açıq şəkildə bunu edə bilməsə də gizli səfərbərliyə başlayır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Qeyd edək ki, Rusiyada müharibədə döyüşmək üçün “könüllü” müqaviləlilərin toplanma sxemi açıqlanıb.

Sxemi “Dojd” telekanalı əldə etdiyi rəsmi sənədlər əsasında yayıb. Bildirilir ki, Rusiyadakı regional hakimiyyət orqanları müəssisələrdən Ukraynaya qarşı müharibə üçün personal təmin etmələrini tələb edir. Şirkətlər bunu etmək istəmirlərsə, əvəzində pul ödəmələri istənilir.

Davamı “Qırmızı masa”da:

Paylaş: