Xəbər axtarın

Son axtarış nəticələri:

Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü

16.09.2026 12:29

Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada ölüb.

Primeinfo.az-ın məlumatına görə, sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndinin ərazisində Şakir Eyvazov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub.

Xəstəxanaya yerləşdirilən H.İsrafilov dünən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: