Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycandan Ermənistana taxıl və gübrə göndərilib - FOTO - YENİLƏNİB

30.04.2026 15:45

Azərbaycandan Ermənistana taxıl və gübrə göndərilib - FOTO - YENİLƏNİB

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən taxıl yüklü vaqonlar Bakıdan yola salınıb.

Primeinfo.az xəbər verir ki, ümumi çəkisi 279 ton olan 4 ədəd taxıl, çəkisi 203 ton olan 3 ədəd vaqondan ibarət gübrə yüklü qatar Ermənistan Respublikasına göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***

10:59

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.

Primeinfo.az xəbər verir ki, bu ölkəyə yük “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.

Paylaş: