Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri İSTEFA VERDİ - YENİLƏNİB

25.10.2026 20:03

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri İSTEFA VERDİ - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyi barədə açıqlama verib.

Primeinfo.az xəbər verir ki, o bu barədə jurnalistlə telefon danışığında bildirib.

“Biz vəzifələrlə mövcud deyilik. Cənab prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə O.Saral deyib.

Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən azad edilib-edilmədiyi barədə suala isə Saral “Bəli, elə görünür” cavabını verib.

O, fikirlərini belə tamamlayıb:

“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan cənab prezidentimizin uğurudur”.

***

18:47

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılacağı iddia edilib. Məsələ ilə bağlı rəsmi açıqlamanın bazar ertəsi günü veriləcəyi bildirilir.

Primeinfo.az xəbər verir ki, prezidentin baş müşaviri Oktay Saralın vəzifəsindən azad edildiyi ilə bağlı iddialar gündəmə gəlib. Lakin hələlik rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.

İddialara görə, Saralın istefasını bazar ertəsi günü açıqlaması gözlənilir.

Oktay Saralın gələcək fəaliyyəti ilə bağlı vəziyyətin səlahiyyətli qurumların verəcəyi rəsmi açıqlamadan sonra dəqiqləşəcəyi gözlənilir.

Paylaş: