Xəbər axtarın

Son axtarış nəticələri:

Təmir işləri ilə bağlı yolda MƏHDUDİYYƏT - NİİM

10.09.2026 20:39

Təmir işləri ilə bağlı yolda MƏHDUDİYYƏT - NİİM

Paytaxtın Suraxanı rayonu, Elzar Yusubov küçəsində, “Qərib Ağa Məscid”nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər. Nəticə etibarilə həm təmir, həm də bəzi sürücülərin yolun əks istiqamətinə çıxması səbəblərindən yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Hazırda yol polisi əməkdaşları yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Paylaş: