Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: asan xidmət

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Primeinfo.az-a bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır.

"ASAN xidmət"in Cibuti, Qvineya-Bisau, Surinam, Syerra-Leone və Dominikanda tətbiqi haqqında müzakirələr aparılıb -   FOTO

"ASAN xidmət"in Cibuti, Qvineya-Bisau, Surinam, Syerra-Leone və Dominikanda tətbiqi haqqında müzakirələr aparılıb -   FOTO

“ASAN xidmət” təcrübəsinin Cibuti, Qvineya-Bisau, Surinam, Syerra-Leone və Dominikanda tətbiqi ilə əlaqədar müzakirələr aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin BMT-nin Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Raniya Əl-Məşat, Qvineya-Bisaunun dövlət idarəçiliyi, əmək və sosial təminat naziri Assuçeniya Nesbi Emilia Seyde Donate de Barros, Cibutinin əmək, formallaşdırma və sosial müdafiə naziri Yonis Ali Quedi, Surinamın iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiyalar naziri Endryu Basaron, Uqandanın dövlət qulluğu üzrə dövlət naziri Lidiya Mutende Vaisva Vantanla, Dominikanın dövlət idarəçiliyi nazirinin müavini Elvis Munoz ilə, Dövlət Agentliyin sədr müavini Ceyhun Salmanovun isə Syerra-Leonenin dövlət idarəçiliyi və siyasi məsələlər nazirinin müavini Filip Tetema Tondonehlə görüşündə müzakirələr aparılıb. Görüşdə Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” beynəlxalq tədbirinin əhəmiyyəti qonaqlar tərəfindən xüsusi qeyd olunub.

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixdə işləməyəcək

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixdə işləməyəcək

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə Primeinfo.az-a Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə qaydası təsdiqlənib. Primeinfo.az xəbər verir ki,dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən istifadə qaydasını müəyyən edəcək. Qaydalara əsasən, “ASAN xidmət” mərkəzləri üçün ayrılmış vəsait hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə hesablarına köçürüləcək.

“ASAN xidmət” modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiqlənib - FƏRMAN

“ASAN xidmət” modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiqlənib - FƏRMAN

“Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qvineya Respublikası Hökumətinə bildiriş göndərməlidir.