Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir
Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir.
Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir.
Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında ideoloji iş və psixoloji xidmət sahələrində təcrübə mübadiləsi məqsədilə işçi görüşü keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, milli-mənəvi dəyərlərin qorunması, hərbi xidmət və döyüş əməliyyatları zamanı psixoloji dözümlülüyün gücləndirilməsindən danışıb, qarşılıqlı müzakirələr aparıblar. Məruzələrdə həmçinin sözügedən keyfiyyətlərin artırılmasında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
“Media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan…
Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Rəşad Məmmədov ilə Qazaxıstanın bu ölkədəki səfiri Yerali Tuqcanov arasında görüş keçirilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub. Primeinfo.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Mikayıl Cabbarov bildirib ki, görüş zamanı Prezident İlham Əliyevin salamları Şavkat Mirziyoyevə çatdırılıb.
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb. Xarici İşlər Nazirliyindən (XİN) Primeinfo.az-a verilən xəbərə görə, nazirlər Azərbaycanla Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb.