“Bu gün Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verildi”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahna ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, sülh sazişinin paraflanması və Minsk Qrupunun ləğvinə dair birgə müraciətin əhəmiyyəti qeyd edilib: “8 avqustdan sonra prosesin müsbət nəticələrini görməkdəyik.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı nazirlər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
9 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
“Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib”. Primeinfo.az xəbər verir ki, bunu Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır: “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik.
29 sentyabr 2025-ci tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov, Murat Nurtleunu dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. Nazir Ceyhun Bayramov, Murat Nurtleuya gələcək məsul vəzifələrində və fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Transatlantik şam yeməyində iştirak edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla tərəfdaşlığın BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşüb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu Yorkda Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əbdülqadir Hüseyn Ömərlə görüşüb.
22 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci Sessiyası çərçivəsində rumıniyalı həmkarı Oana-Silvia Toiu ilə görüşüb.