Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Dərnəgül

"Dərnəgül" elektrik deposuna ilk qatar daxil oldu - FOTO

"Dərnəgül" elektrik deposuna ilk qatar daxil oldu - FOTO

“Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposuna ilk qatar daxil olub. Primeinfo.az xəbər verir ki, qatar sərnişinləri “Dərnəgül” stansiyasında düşürdükdən sonra depoya istiqamətləndirilib. Bildirilib ki, elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb və ilk xəttə qatarın qəbulu prosesinə başlanılıb.

Bakı metrosunun “Dərnəgül” elektrik deposu qismən İSTİSMARA VERİLDİ 

Bakı metrosunun “Dərnəgül” elektrik deposu qismən İSTİSMARA VERİLDİ 

Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib. Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin gələcək fəaliyyəti və sərnişin sıxlığının aradan qaldırılmasında strateji əhəmiyyətə malik bu vacib infrastruktur layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.

Dərnəgül dayanacağından qatarla birbaşa rayonlara getmək artıq mümkündür

Dərnəgül dayanacağından qatarla birbaşa rayonlara getmək artıq mümkündür

“Azərbaycan Dəmir Yolları” QSC regionlara səfər edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə hərəkət marşrutlarındakı mühüm dayanacaq barədə məlumat yayıb. ADY-dən Primeinfo.az-a verilən xəbərə görə, Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı istiqamətində hərəkət edən sərnişin qatarları Dərnəgül dayanacağından da keçir. Bildirilib ki, sözügedən istiqamətlər üzrə rayonlara getmək istəyən sərnişinlərin artıq Bakı Dəmiryol Vağzalına və ya digər uzaq stansiyalara gəlməsinə ehtiyac yoxdur.

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq - ADY

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq - ADY

“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni istifadəyə verilmiş “Dərnəgül” stansiyasından ölkənin regionlarına qatarla getmək mümkün olacaq. Primeinfo.az-a bu barədə səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.