CAR-ın Fransadakı səfiri Nkosinati Emmanuel Mtetva Parisdə ölü tapılıb. Primeinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, səfirin cəsədi “Hyatt” hotelinin qarşısında tapılıb. İlkin məlumata görə, 58 yaşlı diplomat hotelin 22-ci mərtəbəsindən özünü atıb.
Paris məhkəməsi Fransanın sabiq prezidenti Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib. Primeinfo.az xəbər verir ki, o, “Liviya işi” üzrə təqsirli bilinib. Xatırladaq ki, Paris məhkəməsi Nikola Sarkozini 2007-ci il seçkilərində qələbəsini təmin etmək üçün Liviya lideri Müəmmar Qəddafi rejimindən qanunsuz təşviqat maliyyəsi almaq ittihamı ilə mühakimə olunduğu işdə təqsirli bilib.
Fransa Daxili İşlər Nazirliyi ölkənin bütün bölgələrinin merlərinə gələn həftə ictimai yığıncaq binalarında Fələstin Dövlətinin bayrağını dalğalandırmamağı tapşırıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, buna səbəb Fransanın növbəti həftə BMT Baş Assambleyasının iclasında Fələstini dövlət kimi tanıyacağı və buna görə də neytrallığı qorumaq istəyidir. “İctimai xidmətdə tərəfsizlik bu cür nümayişləri qadağan edir.
Bu gün Fransada hökumətə qarşı aksiyalar başlayıb. Etirazlar hökumətin sərt iqtisadi tədbirlərinə qarşı ümummilli tətil çərçivəsində təşkil olunub. Bu səbəblə paytaxt Parisin əsas turistik məkanı olan Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb.