[caption id="attachment_34968" align="aligncenter" width="2048"] Türkiyənin “Fənərbağça” klubu qış transfer pəncərəsində növbəti futbolçunu heyətinə qatıb.[/caption] Primeinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Metteo Genduzinin keçidi üçün “Latsio” ilə anlaşıb. Razılığa əsasən, Türkiyə nəhəngi İtaliya klubuna 28 milyon avro təzminat ödəyəcək. Fransa millisinin üzvü olan yarımmüdafiəçinin yaxın günlərdə İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Fransada Prezident Emmanuel Makronun həyat yoldaşı, ölkənin birinci xanımı Bricit Makron barəsində internetdə təhqiredici və aşağılayıcı paylaşımlar edən 10 nəfər kiber zorbalıqda təqsirli bilinib. Primeinfo.az xəbər verir ki, Paris məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslər Bricit Makronun cinsiyyəti ilə bağlı əsassız iddialar irəli sürərək onu “trans qadın” və “pedofil” kimi təqdim edən şərhləri sosial şəbəkələrdə yaymaqda günahkar sayılıblar. Məhkəmə bu iddiaların həqiqətə uyğun olmadığını və şəxsiyyətin alçaldılmasına yönəldiyini müəyyən edib.
Cari ilin yanvar–sentyabr aylarında Azərbaycanın Fransanın iqtisadiyyatına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 24,4 milyon ABŞ dolları təşkil edib. Primeinfo.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 milyon ABŞ dolları və ya 51,6 faiz çoxdur.
Fransada ekoloji keçiddən məsul nazir Matye Lefevrin mənzili qarət edilib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq məmur və sevgilisi evdə olmadığı vaxt baş verib. İddialara görə, oğrular qapını açmaq üçün onların poçt qutusunda qoyub getdikləri ehtiyat açardan istifadə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Report” Türkiyənin Kommunikasiya İdarəsinə istinadən bildirib. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Fransa Liqa 1 təmsilçisi “Nitsa”da gərginlik pik həddə çatıb. Premieinfo.az “Foot Mercato”ya istinadən xəbər verir ki, komandanın ardıcıl uğursuz nəticələri azarkeşlərin sərt etirazına səbəb olub. Mənbənin yazdığına görə, “Loryan”a 1:3 hesabı ilə uduzduqdan sonra təxminən 400 nəfər azarkeş klubun bazasına toplaşaraq futbolçuları gözləyib.
Fransa Prezidenti Emmanuel Makron dekabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Məlumata görə, tərəflər Cenevrədəki müzakirələr, ABŞ-ın təqdim etdiyi plan və Avropa tərəfdaşları ilə koordinasiya kontekstində mövcud vəziyyəti, habelə davamlı və ədalətli sülhün şərtlərini müzakirə edəcəklər.
İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 26-da ikitərəfli danışıqlar aparmaq üçün Fransaya səfər edəcək. Bu barədə Primeinfo.az İran KİV-inə istinadən xəbər verir. Bildirilir ki, nazir sabah Parisdə fransalı həmkarı Jan-Noel Barro ilə danışıqlar aparacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla ölkəsinin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş strateji razılaşma imzalayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb. Səfər zamanı imzalanan sənədlər Fransanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və raket tədarükünü əhatə edir.
Fransa ilə oyuna hazırıq. Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, seçmə mərhələnin son matçını uğurla başa vurmaq istədiklərini bildirib: “Çətin oyun olacaq.