“Fransa ilə problemlərin kökü bizdən gəlmir. İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimiz var idi. Prezident Sarkozinin, Prezident Ollandın səfərləri olmuş, mənim Fransaya rəsmi səfərlərim həyata keçirilmişdir.
Fransalı deputatlar yaşı 15-dən az olan uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı qanunu təsdiqləyib. Qanun eyni zamanda ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edir. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Fransa Azərbaycanla Ermənistan və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Jan-Noel Barro Ankarada Türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi görüşdən sonra açıqlamasında deyib. “Bu çərçivədə sərhədlərin yenidən açılması, regional fəallığın artırılması, hər iki dövlətin suverenliyi çərçivəsində bununla da bölgənin rifahı üçün mühüm əhəmiyyət daşıyır”, – deyə Barro bildirib.
Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiyadan çıxmış neft tankerini saxlayıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, gəmi beynəlxalq sanksiyalar altındadır və saxta bayraq altında üzməkdə şübhəli bilinir.
ABŞ Prezidenti Donald Tramp Emmanuel Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib və Fransa Prezidentinin “Sülh Şurası”na qoşulacağını bildirib. Primeinfo.az xəbər verir ki, o, bu barədə Makronun Trampın Qəzza ilə bağlı “Sülh Şurası”na qatılmaq niyyətində olmadığı barədə xəbərlərə cavabında deyib.
Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin Silahlı Qüvvələri qarşısında çıxışı zamanı sağ gözünün qızarması ilə diqqət çəkib. Primeinfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Mərasimə gün eynəyi ilə gələn, lakin çıxış zamanı onları çıxaran Makron görünüşü ilə bağlı zarafat etməkdən də çəkinməyib.
Fransa 2027-ci ilə qədər öz hərbi büdcəsini 64 milyard avroya çatdırmaq niyyətindədir. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Fransa Prezidenti Emmanuel Makron İstr hava bazasında fransalı hərbçilər qarşısında çıxış edib. “Hədəfimiz – artıq 2027-ci ilə qədər illik büdcəni 64 milyard avroya çatdırmaqdır”, – deyə fransalı lider bildirib.
Qrenlandiya ətrafında qlobal müzakirələrin genişlənməsi fonunda Fransa hökuməti fevralın 6-da Danimarkanın muxtar bölgəsində konsulluq açacağını elan edib. Primeinfo.az xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Jan-Noel Barro yerli telekanallardan birinin efirində elan edib. Barro bu addımı Qrenlandiyada mövcudluğu gücləndirmək səylərindən xəbər verən siyasi siqnal kimi dəyərləndirib.
Fransada Luvr muzeyinin əməkdaşları rəhbərliklə yaranmış fikir ayrılıqları fonunda növbəti dəfə tətil elan ediblər. Bu səbəbdən muzey bu gün ziyarətçiləri qəbul etməyəcək. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Fransanın bir çox şəhərinə güclü qar yağıb. Primeinfo.az xəbər verir ki, qar səbəbindən nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Yanvarın 7-i səhər saatlarında Ruasi-Şarl-dö-Qol (Roissy-Charles-de-Gaulle) hava limanında təxminən 100, Orly hava limanında isə 40-a yaxın uçuş ləğv edilib.