Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Fidan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Fidan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib. Primeinfo.az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gəliblər. Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi oyun Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Fransanın cənub-qərbində yerləşən Şərqi Pireney departamentində baş verən meşə yanğını artıq 1,5 min hektar əraziyə yayılıb. Primeinfo.az xəbər verir ki, bu barədə departamentin prefekti Pyer Reno məlumat verib. Prefektin sözlərinə görə, yanğın Trivellaş kommunası ərazisində çox sürətlə yayılıb.
Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi yerləşdirib.
Fransada anomal istilər fonunda ölənlərin sayı 2025-ə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Stefani Rist TF1 telekanalının efirində bildirib. Onun sözlərinə görə, əvvəlki həftə ilə müqayisədə evdə baş verən ölümlərin sayı 91 faiz artıb.
Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) Müdafiə və Təhlükəsizlik Baş İdarəsinin direktoru general-leytenant İlkay Altındağ Fransanın Silahlı Qüvvələr və Veteranlarla İş üzrə Nazirliyinin (SQVİN) nümayəndəsi Alis Rufo ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə MMN məlumat yayıb. Görüşdə Türkiyə-Fransa müdafiə əməkdaşlığı müzakirə olunub.
Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, isti hava dalğasının sağlamlığa təsiri temperatur normallaşdıqdan sonra da 7-10 gün davam edə bilər.
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) I qrupunda 3-cü turun oyunları keçirilib. Primeinfo.az xəbər verir ki, qrup mərhələsinin son görüşləri çərçivəsində Norveç – Fransa və Seneqal – İraq qarşılaşmaları baş tutub. ABŞ-nin Foksboro şəhərində keçirilmiş oyunda Fransa millisi ikinci heyətlə meydana çıxmış Norveç yığmasından güclü olub – 4:1.
Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyasının üzvlərinin suallarına əsassız cavablarına dair şərhində deyilir. XİN rəsmisi bildirib ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir: “Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan ermənilər”, “Azərbaycanda saxlanılan erməni əsilli şəxslər” kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur”.
Fransada Ebolaya ilk yoluxma halı qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Məlumata görə, Konqo Demokratik Respublikasından qayıdan həkimdə Ebola aşkarlanıb.