Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - FOTO - VİDEO

10.07.2026 10:51

DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - FOTO - VİDEO

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Primeinfo.az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gəliblər.

Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi oyun Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 60-cı dəqiqədə Kilian Mbappe və 66-cı dəqiqədə Usman Dembele vurublar.

Bu nəticədən sonra yarımfinala yüksələn Fransa millisi növbəti raundda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Paylaş: