Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fransa

DƏHŞƏTLİ QATAR QƏZASI: 44 nəfər yaralandı

DƏHŞƏTLİ QATAR QƏZASI: 44 nəfər yaralandı

Fransanın şimalındakı Dənizkənarı Sena (Seine-Maritime) departamentində sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TF1” telekanalı departament prefekturasına və Ruan prokurorluğuna istinadən məlumat yayıb. Hadisə Ruandan Kan şəhəri istiqamətində hərəkət edən regional TER sərnişin qatarının Kleon (Cléon) kommunası yaxınlığında hərəkətdə olduğu vaxt baş verib. 

Paşinyan Fransaya gedib

Paşinyan Fransaya gedib

Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Fransa iki İran diplomatını ölkədən ÇIXARIR

Fransa iki İran diplomatını ölkədən ÇIXARIR

Fransa Tehranda iki fransalı diplomatik nümayəndəlik əməkdaşının İran tərəfindən saxlanılmasına cavab olaraq iki iranlı diplomatı yaxın günlərdə ölkədən çıxarmaq niyyətindədir. Primeinfo.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “Telegram” kanalında məlumat verib. “Mən bildirdim ki, bu qəbuledilməz hərəkətlərin nəticələri olacaq.

Fransa səfiri İrandan qovulmaqla hədələndi

Fransa səfiri İrandan qovulmaqla hədələndi

“Tehranda ABŞ səfirliyinin olmaması səbəbindən digər Qərb ölkələrinin kəşfiyyat orqanlarının əməkdaşları İranda məlumatların toplanması və Vaşinqtonun planlarının həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürüblər”. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Ələddin Borucərdi deyib. Deputatın iddiasına görə, Fransa bu istiqamətdə ən fəal ölkələrdən biridir.

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Fransa sahillərindən La-Manş boğazını keçərək Böyük Britaniyaya çatmağa çalışan 140-a yaxın miqrant xilas edilib. Primeinfo.az “The Independent”ə istinadla xəbər verir ki, Fransa dəniz xidmətlərinin həyata keçirdiyi xilasetmə əməliyyatı avqustun 14-də səhər saatlarında başlayıb. Sen-Oben-sür-Mer müşahidə məntəqəsi Normandiya sahillərində Böyük Britaniya istiqamətində hərəkət edən miqrant qayığını aşkar edib.

Paşinyan Makronla sülh prosesini MÜZAKİRƏ ETDİ

Paşinyan Makronla sülh prosesini MÜZAKİRƏ ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Hökumətinin mətbuat xidməti məlumat yayıb. Həmsöhbətlər Ermənistan-Fransa münasibətlərinin gündəliyini müzakirə edərək, ikitərəfli əlaqələrin dərinləşdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər.

Fransada meşə YANĞINLARI: Makron Aİ-dən kömək istəyib

Fransada meşə YANĞINLARI: Makron Aİ-dən kömək istəyib

Fransada meşə yanğınları səbəbindən təxminən 50 min hektar torpaq sahəsi yanıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə mülki təhlükəsizlik üzrə baş direktor Jülyen Marion RTL telekanalının efirində bildirib. “Biz misliörünməmiş yanğın mövsümü ilə üzləşmişik.

Fransada kəskin İSTİLƏR: 6 minə yaxın insan ölüb

Fransada kəskin İSTİLƏR: 6 minə yaxın insan ölüb

Fransada iyunun 17-dən iyulun 2-dək davam edən güclü istilər zamanı ölkədə 5764 əlavə ölüm qeydə alınıb. Primeinfo.az Fransanın Milli İctimai Səhiyyə Agentliyinə (Santé publique France) istinadən bildirir ki, bu, həmin dövr üçün gözlənilən göstəricidən 36 faiz çoxdur. Ən böyük artım 45-64 yaş qrupunda müşahidə olunub.

Parisdə hərbi parad - FOTO

Parisdə hərbi parad - FOTO

Parisdə Yelisey çölləri prospektində Fransa Milli Bayramı – 14 İyul münasibətilə ənənəvi hərbi parad keçirilir. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yelisey Sarayı builki tədbiri tarixi və misli görünməmiş parad kimi xarakterizə edir. Prezident Administrasiyasının məlumatına görə, parad Fransanın müdafiə qabiliyyətinin gücləndirilməsi, strateji muxtariyyət siyasəti və Avropanın təhlükəsizlik sahəsində yeni yanaşmasını nümayiş etdirir.