“İran yalnız Amerika prezidenti Donald Tramp İslam Respublikasına qarşı növbəti hücumlarla hədələməsini dayandıracağı təqdirdə ABŞ-la danışıqlara hazırdır. Primeinfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı bildirib. “Ədalətli olması şərtilə, biz bu danışıqlarda iştirak etməyə hazırıq, lakin İran heç vaxt öz raket proqramı ilə bağlı danışıqlar aparmayacaq, çünki biz heç bir halda diktə və ya məcburiyyətə dözməyə hazır deyilik”, – diplomat vurğulayıb.
İran Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı oxşar tədbirin cavabı olaraq terror təşkilatlarının siyahısına daxil edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İranın təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmisi Əli Laricani “X”də yazıb. “Avropa İttifaqı, şübhəsiz ki, İran parlamentinin qətnaməsinə uyğun olaraq, SEPAH-a qarşı Aİ-nin son qətnaməsində iştirak edən ölkələrin ordularının terror təşkilatları hesab ediləcəyini bilir.
“İranda hakimiyyət dəyişilsə də, Çin o hakimiyyətlə işləmək istəməyəcək. Ona görə də Çin İranın vurulmasına, blokadaya alınmasına indiyə qədər ciddi reaksiya verməyib. Çin İranı heç vaxt dəstəkləməyəcək”.
Amerikanın İrana hücum ehtimalının artması ilə eyni vaxtda İran hökuməti bölgədəki proksi qüvvələrinin dəstəyindən arxayın olmağa və onları yenidən meydana gətirməyə çalışır. Primeinfo.az Gunaz.tv-yə istinadən xəbər verir ki, İraqın SEPAH-a bağlı “Əl-Nücəba” hərəkatının icra şurasının rəhbəri Nazim əl-Səidi qrupun İraqın bütün əyalətlərində könüllülərin cəlb edilməsi prosesinə başladığını elan bildirib. O, açıqlamasında Vaşinqtonla hər hansı bir əlaqəni “təkrarlanan aldatma” kimi xarakterizə edərək İrana və ya onun rəhbərlik strukturuna qarşı hər hansı bir hücumun gözlənilməz cavabla qarşılanacağını iddia edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və bölgədə artan hərbi gərginlik müzakirə edilib.
Ötən mövsüm “Karvan”da çıxış etmiş Peyman Keşavarzi İranda ölkəsində həbs olunub. Primeinfo.az xəbər verir ki, müdafiəçi İranda günlərdi davam edən iğtişaşlarda iştirak etdiyi üçün cəzalandırılıb. 29 yaşlı futbolçunun karyerasının bir hissəsi Azərbaycanla bağlıdır.
İran hökumətinə məxsus təyyarə Moskvaya gedir.
İran Hörmüz boğazında döyüş atışlı təlimlər keçirməyi planlaşdırdığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Təlimlər gələn bazar və bazar ertəsi günlərinə planlaşdırılıb.
“ABŞ İrana mütləq zərbə endirəcək. Lakin əsas məsələlərdən biri də budur ki, hazırda İranda lider problemi var. Tutaq ki, Xamneyini vurdular, bəs İrana kim rəhbərlik edəcək?”
ABŞ doğrudan da razılığa gəlmək üçün həqiqi dialoqa girməyə hazırdırsa, Tehran ABŞ administrasiyası ilə danışıqlara açıqdır.