Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

İranın Milandakı konsulluğunun lövhəsi SÖKÜLDÜ

İranın Milandakı konsulluğunun lövhəsi SÖKÜLDÜ

İtaliyada yaşayan iranlılar ölkələrinin Milandakı konsulluğunun lövhəsini sökərək yerinə İslam inqilabından (1979-cu il -Qeyd) əvvəlki, üzərində “Aslan və Günəş” simvolu olan bayrağı qaldırıblar. Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Yanvarın 10-da baş verən hadisənin iştirakçıları bununla İrandakı etirazlara həmrəylik nümayiş etdiriblər.

İranda etirazlar - 116 nəfər öldürülüb

İranda etirazlar - 116 nəfər öldürülüb

İranda hökumət əleyhinə etirazlar 14 gündür davam edir və nümayişlər ölkənin bir çox şəhərinə yayılıb. Baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 116-ya çatıb.

Tramp İrandakı mümkün hədəflər barədə məlumatlandırıldı

Tramp İrandakı mümkün hədəflər barədə məlumatlandırıldı

ABŞ Prezidenti Donald Trampa İrana əlavə zərbələr endirmək üçün bir neçə seçim verilib. Primeinfo.az xəbər verir ki, “The New York Times” (NYT) mənbələrə istinadən bu barədə məlumat yayıb. Mənbələrin məlumatına görə, Amerika lideri Tehranda mülki hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlarla tanış olub.

Ermənistan da İrana uçuşları ləğv etdi

Ermənistan da İrana uçuşları ləğv etdi

Tehran-İrəvan avireysləri ləğv edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Zvartnots” hava limanı məlumat yayıb. Məlumata görə, Tehran-İrəvan aviareysləri İranda etirazlar fonunda ləğv edilib.

Xamneyinin fotosuna od vurub siqaret yandırdılar - FOTO

Xamneyinin fotosuna od vurub siqaret yandırdılar - FOTO

İranda davam edən etirazlar fonunda qadınlar yeni aksiya başladıb. Primeinfo.az xəbər verir ki, iranlı qadınlar küçələrdə ölkənin Ali dini lideri Seyid Əli Xameneinin fotosuna od vurur, daha sonra onunla siqaret yandırırlar. Onlar fotolarını sosial şəbəkədə paylaşıblar.

İranda SEPAH generalının oğlu ÖLDÜRÜLDÜ

İranda SEPAH generalının oğlu ÖLDÜRÜLDÜ

İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan general Nurəli Şuştarinin oğlu Fərəcullah Şüştarinin ölümü barədə məlumat yayıb. Hadisə Məşhəd şəhərində baş verib.

İranda etirazlarda daha bir polis əməkdaşı öldürülüb

İranda etirazlarda daha bir polis əməkdaşı öldürülüb

İranın Rudbar şəhərində polis idarəsinə hücum zamanı polis əməkdaşı öldürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Məlumata görə, etirazçıların ov tüfəngindən açdığı atəş nəticəsində ağır yaralanan polis əməkdaşı Məhəmməd Puribrahim həyatını itirib.