Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hazırda Avropa İttifaqına (Aİ) daxil olmaq üçün namizəd statusu almağa hazır olmadığını bildirib. Primeinfo.az-ın məlumatına görə, o, bu barədə yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə bildirib. Baş nazirin sözlərinə görə, referendum yalnız konkret əsas olduqda – Aİ üzvlüyü və ya namizəd statusu üçün rəsmi müraciət edildikdə mümkündür.
Ermənistanın Baş naziri, “Vətəndaş Müqaviləsi” Partiyasının lideri Nikol Paşinyan parlament seçkilərində səs verib. Primeinfo.az xəbər verir ki, əvvəlki səsvermədən fərqli olaraq, o bu gün seçki məntəqəsinə ailə üzvləri olmadan, tək gəlib. Xatırladaq ki, Ermənistanda 2 milyon 485 min 851 vətəndaş səsvermə hüququna malikdir.
Ermənistanın hakim Mülki Müqavilə Partiyası iyunun 5-də İrəvanın Respublika meydanında mitinq keçirib. Primeinfo.az xəbər verir ki, mitinq kütləviliyi ilə diqqət çəkib. Seçki təbliğatının sonunu əks etdirən izdihamlı mitinqdə Mülki Müqavilə Partiyasının sədri, Ermənistanın Baş naziri və partiyasının baş nazirliyə namizədi Nikol Paşinyan müxtəlif şüarlar səsləndirib.
“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb. Qeyd edilib ki, Sarukyan məhkəmədən Paşinyanın onun ünvanına səsləndirdiyi bir sıra ifadələrin təkzib edilməsini tələb edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra Rusiyaya səfər edəcəyini bildirib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Paşinyan bu barədə Geğarkunik vilayətində seçicilərlə görüşü zamanı danışıb. O bildirib ki, iyunun 1-də Rusiya Prezidenti Vladimir Putin ona zəng edərək ad günü münasibətilə təbrik edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Ermənistanda baş nazir Nikol Paşinyana qarşı ölüm təhdidi məzmunlu videonun yayılması ilə bağlı cinayət işi üzrə yeni detallar açıqlanıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, prokuror mayın 30-da maskalı beş nəfərdən biri olan M.M. barəsində ictimai cinayət təqibi başladıb.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də Avropa İttifaqına inteqrasiya kursunu eyni vaxtda davam etdirmək cəhdlərini tənqid edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Medvedev bu barədə paylaşımında yazıb. O bildirib ki, Paşinyanın Ermənistanın hansı inteqrasiya birliyində yer almalı olduğu ilə bağlı referendum məsələsinə yanaşması ona Lev Trotskini xatırladır.
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Putin və Paşinyan 29 mayda Astanada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasının nəticələrini müzakirə edib.
“Ermənistan balanslı siyasətə nail olmaq üçün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üzərində çalışır”.