Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan: "Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışır"

01.06.2026 12:23

Paşinyan: "Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışır"

“Ermənistan balanslı siyasətə nail olmaq üçün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üzərində çalışır”.

Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə sosial mediada xarici siyasət mövzusunda çıxışı zamanı deyib.

“Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istiqamətində ciddi çalışırıq. Əminəm ki, məqsədimizə çatacağıq. Balanslı xarici siyasət Ermənistan üçün yeni imkanlar yaradacaq”, – deyə Nikol Paşinyan bildirib.

Qeyd edək ki, hazırda Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. Ankara Qarabağ müharibəsi səbəbindən 1993-cü ildən bəri bu ölkə ilə sərhədlərini bağlı saxlayır. Ankara və İrəvan 2022-ci ildən xüsusi nümayəndələr səviyyəsində sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması və münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparır.

Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş 2022-ci il yanvarın 14-də Moskvada baş tutub.

Paylaş: