Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Müslim Maqomayevin repertuarından “Синяя вечность” mahnısı səsləndirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib. “Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslüm Maqomayevin repertuarından “Синяя вечность” mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər”, deyə, H.Hacıyev bildirib.
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.
Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.
“Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir”.
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.
Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.
İlham Əliyevin Qazaxıstana səfəri GÖZLƏNİLİR İlham Əliyevin Qazaxıstana səfəri GÖZLƏNİLİR Dünya 16 Oktyabr 2025, 11:50 Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir. Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq səfər oktyabrın 20-21-də baş tutuacaq.
“Orta Dəhlizin strateji əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm”.