Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Zəfər günü

Türkiyə Bakıdakı hərbi paraddan görüntülər paylaşıb - FOTO

Türkiyə Bakıdakı hərbi paraddan görüntülər paylaşıb - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb. Primeinfo.az-ın məlumatına görə, fotolar Türkiyə liderinin administrasiyasının “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. “Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk”, – Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.

Ordumuzun yeni texnikaları hərbi paradda

Ordumuzun yeni texnikaları hərbi paradda

Azərbaycan Ordusunun arsenalına “SkyStriker Block 4” sərbəst uçan döyüş sursatları sistemi əlavə edilib. Primenfo.az xəbər verir ki, həmin texnika noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda ilk dəfə nümayiş olunub.

Pakistan XİN Azərbaycanı təbrik edib

Pakistan XİN Azərbaycanı təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrik XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “Zəfər Günü münasibətilə Azərbaycan hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik”, – paylaşımda deyilir.

"Pakistan Azərbaycanın yanında qaya kimi dayandı" - Şərif

"Pakistan Azərbaycanın yanında qaya kimi dayandı" - Şərif

Torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq. Primeinfo.az xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib. “Əziz qardaşım Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar.

Cəbrayılda  Zəfər Günü qeyd olunub - FOTO

Cəbrayılda  Zəfər Günü qeyd olunub - FOTO

Cəbrayıl şəhərində 8 Noyabr – Zəfər Günü qeyd olunub. Primeinfo.az  xəbər verir ki, tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub. Cəbrayıl şəhəri, Cocuq Mərcanlı, Horovlu, Ağalı və Məmmədbəyli kənd sakinləri və digər qonaqların qatıldığı tədbirdə incəsənət xadimlərinin təqdimatında bəstəkar və xalq mahnıları səsləndirilib.