Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Zəfər günü

Zəfər Gününə həsr olunan motokross çempionatı keçiriləcək

Zəfər Gününə həsr olunan motokross çempionatı keçiriləcək

Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan motokross çempionatı keçiriləcək. Primeinfo.az xəbər verir ki, yarış noyabrın 11-də Badamdar ərazisində baş tutacaq. Tədbirin əsas məqsədi Azərbaycanda motoidmanın inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini yad etməkdir.

Qusarda maraqlı aksiya: “Ağlama, qərənfil” - FOTO - VİDEO 

Qusarda maraqlı aksiya: “Ağlama, qərənfil” - FOTO - VİDEO 

Tarixi Zəfərimizin 5 illiyi ərəfəsində Qusarda xüsusi önəm daşıyan bir tədbir baş tutub. Primeinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, rayonun ictimai həyatında fəal iştirak edən qadınların bir qrupu – şəhid anaları, şəhid xanımları və fəal qadınlar “Ağlama, qərənfil” devizi altında bir araya gəliblər. Qusar şəhərindəki istirahət mərkəzlərindən birində təşkil olunan tədbir açıq havada 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra matəm rəmzinə çevrilmiş qərənfil gülünə həsr olunmuş aksiya ilə başlayıb.

Milli Məclisin Zəfərin 5-ci ildönümü ilə bağlı BƏYANATI - YENİLƏNİB

Milli Məclisin Zəfərin 5-ci ildönümü ilə bağlı BƏYANATI - YENİLƏNİB

Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı bəyanat qəbul edib. Primeinfo.az-ın xəbərinə görə, 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını deputat Vüqar Rəhimzadə oxuyub. Bəyanatda deyilir: “Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti 44 günlük Vətən müharibəsində həlledici rola malik olub.

Bu yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılır 

Bu yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılır 

8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.  Bu barədə  Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.  Məlumata görə, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.