Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Zəfər günü

FHN əməkdaşları Zəfər Gününü qeyd ediblər - FOTO

FHN əməkdaşları Zəfər Gününü qeyd ediblər - FOTO

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzləri tərəfindən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə müxtəlif səpkili silsilə tədbirlər keçirilib. Bu barədə Primeinfo.az nazirlikdən məlumat verilib. Bildirilib ki, tədbirlərdən əvvəl Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin unudulmaz xatirəsi böyük ehtiramla yad olunub.

ADSEA-da Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTO

ADSEA-da Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov, sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, həmçinin şöbə və sektor müdirləri, şəhid ailələri və qazilər iştirak ediblər. Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TDT Azərbaycanı təbrik edib

TDT Azərbaycanı təbrik edib

Türk Dövlətləri Təşkilatı (TDT) Zəfərin 5-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qəhrəmanlıq və birlik ruhunu qürurla yad edirik”, – paylaşımda bildirilib.

Ərdoğandan İlham Əliyevə Zəfər TƏBRİKİ

Ərdoğandan İlham Əliyevə Zəfər TƏBRİKİ

“Bir millət, iki dövlət” prinsipi ilə qurulmuş yüksəksəviyyəli münasibətlərimiz və öz gücünü ortaq taleyimizdən alan sarsılmaz qardaşlıq bağlarımız keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdə davam edir”.

DİN-dən Zəfər Günü ilə bağlı aksiya - FOTO - VİDEO

DİN-dən Zəfər Günü ilə bağlı aksiya - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 8 Noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər. Bu barədə  DİN-dən Primeinfo.az-a məlumat verilib. Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib.

Jelka Tsviyanoviç İlham Əliyevi təbrik etdi

Jelka Tsviyanoviç İlham Əliyevi təbrik etdi

  Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri, cənab Prezident. Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi arzularımı yetirirəm.

Bakıda Zəfər paradının baş məşqi keçirilib - VİDEO

Bakıda Zəfər paradının baş məşqi keçirilib - VİDEO

Paytaxt Bakıda Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi paradın baş məşqi keçirilib. Primeinfo.az xəbər verir ki, məşqə paradda iştirak edəcək Azərbaycan Ordusunun şəxsi heyəti, hərbi texnikası cəlb olunub.   https://www.youtube.com/shorts/LZKXAKvJFbo  

Mina xəritələri məsələsi həllini tapmalıdır! - Ombudsmandan BƏYANAT

Mina xəritələri məsələsi həllini tapmalıdır! - Ombudsmandan BƏYANAT

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdsman) Səbinə Əliyeva Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Primeinfo.az-ın məlumatına görə bəyanatda deyilir: “2020-ci il 27 sentyabr tarixində Ermənistanın silahlı qüvvələri işğal siyasətini davam etdirmək məqsədilə azərbaycanlı mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini intensiv şəkildə və ağır silahlardan istifadə etməklə atəşə tutaraq müharibə cinayətləri törətmişdir. Nəticədə, çoxsaylı dinc insanlar həlak olmuş, yaralanmış, mülki, inzibati və sosial obyektlər dağıdılmışdır.